Dünya Futbolu

“Bu, hekayəmin sonu deyil”

Bakı, 13 oktyabr, Tsport.az

Keçmiş “Exeter”, “Rotherham” və “Bristol Rovers”-in baş məşqçisi Matt Taylor, ötən qış ailəsində baş verən faciədən sonra futboldan uzaqlaşmaq məcburiyyətində qalıb.

Tsport.az xəbər verir ki, yaşadığı itki onun futbola və həyata baxışını dəyişib. Tanınmış məşqçi xarici mediaya danışarkən bu sözləri deyib:

“Futbol həyatdan önəmli deyil. Mən bunu çətin yolla öyrəndim. Amma bu, hekayəmin sonu deyil — yalnız yeni bir başlanğıcdır.”

Taylor hazırda karyerasına qayıtmaq və oyuna daha fərqli baxışla yenidən başlamaq istəyir.