Azərbaycan FutboluMüsahibə

“Bu mövsüm fikrim “Kəpəz”in uğurlarındadır”-Elcan Əbilov

Bakı, 20 avqust  , Tsport.az

Misli Premyer Liqasının I turunda” Sumqayıt 3:0 hesabı ilə  “Kəpəz“i məğlub etdib.

Tsport.az xəbər verir ki, matçdan sonra “Neftçi”dən  “Kəpəzə” icarəyə gedən Elcan Əbilov fikirlərini bölüşüb.

-Gəncə azarkeşləri ilə ilk bağlı təəssüratlarınız? 

-Gəncə azarkeşləri ilə bağlı əsas sözüm o ola bilər ki, dəstəklərini əsirgəməsinlər. Onların dəstəyi bizim üçün çox vacibdir. Bizim üçün böyük rol oynayır. İlk  oyunda məğlub olmaq istəməzdik vəziyyət belə alındı. İnşallah çalışıb düzəltməyə, yoluna qoymağa çalışacağıq.

-Bu mövsüm üçün qarşıya qoyduğunuz hədəflər?

-Bu mövsüm “Kəpəz”adını daha yüksəklərə qaldırmaq istəyirik. İnşallah da buna nail olarıq.

-“Neftçi”yə qayıtmaq istəyərsiniz?

-Bəli, bəlbətə ki, doğma klubumdur. İnşallah aradan sonra qayıtmağı düşünürəm. Amma indidən nəsə demək düz deyil belə fikirləşirəm.İndi bu bir il ərzində , bu mövsüm fikrim “Kəpəz”in uğurlarındadır.

Aytac Mustafayeva