Bülent Korkmaz “Erokspor”dan ayrılıb
Bakı, 13 mart, Tsport.az
Türkiyəli məşqçi Bülent Korkmaz, 1-ci Liqa təmsilçisi “Erokspor”dan ayrılıb.
Tsport.az xəbər verir ki, 56 yaşlı məşqçi ilə yolların ayrılması, komandanın uğursuz nəticələri ilə əlaqələndirilir. Korkmaz yanvar ayında bu vəzifəyə təyin edilmişdi.
Onun rəhbərliyi altında “Erokspor” liqada 9 oyun keçirərək yalnız 2 qələbə qazana bilib, 6 heç-heçə edib və 1 matçda məğlub olub. Hazırda komanda, 1-ci Liqada 29 turdan sonra 38 xalla 15-ci sırada yer alır.