“Bəli” desə, “Galatasaray” vidalaşacaq
Bakı, 18 mart, Tsport.az
“Galatasaray“da bu mövsüm çox şans tapmayan Kerem Demirbay, sezon sonunda komandadan ayrılmağı düşünür.
Tsport.az xəbər verir ki, sarı-qırmızıların təcrübəli futbolcusuna Süper Liqadan sürpriz bir təklif gəldiyi bildirilib.
Fanatik qəzetinin məlumatına görə, Avropa kuboklarına qatılma hədəfini davam etdirən “Samsunspor“, Kerem Demirbay’ı heyətinə qatmaq istəyir. Samsunsporun prezidenti Yüksel Yıldırımın, Kerem Demirbayı komandasında görmək istədiyi və futbolçunun təklifi qəbul etməsi halında, “Galatasaray”ın transferə icazə verəcəyi bildirilib.
Kerem Demirbay, Galatasaray formasını 72 matçda geyinib. 31 yaşlı futbolçu, bu oyunlarda 7 qol və 10 assistlə komandasına töhfə verib.