Dünya Futbolu

Carlo Ancelotinin oğluna yeni təklif gəlib

Bakı, 13 may, Tsport.az

Şotlandiyanın “Rangers” klubu baş məşqçi postu üçün David Ancelotti ilə danışıqlara başlayıb.

Tsport.az xəbər verir ki, klubun siyahısında bir neçə namizəd olsa da, hazırda “Real Madrid”də Carlo Ancelottinin köməkçisi kimi çalışan David əsas favoritlərdən biri hesab olunur.

Gözləntilərə görə, Xabi Alonso yayda “Real Madrid”in sükanı arxasına keçdikdə, öz məşqçi heyətini özü ilə gətirəcək və bu da David Ancelottinin klubdan ayrılmasına səbəb olacaq.

Qeyd edək ki, David Ancelotti, məşhur baş məşqçi Carlo Ancelottinin oğludur və bir neçə ildir atasının rəhbərlik etdiyi komandalarda köməkçi məşqçi kimi fəaliyyət göstərir.