Carlo Ancelotti Braziliya millisinin baş məşqçisi ola bilər
Bakı, 28 aprel, Tsport.az
Braziliya Futbol Federasiyası, Carlo Ancelottini milli komandanın baş məşqçisi təyin etməkdə israrlıdır.
Tsport.az xəbər verir ki, təcrübəli italyan çalışdırıcının Klublararası Dünya Çempionatından öncə Braziliya yığmasının sükanı arxasına keçməsi ehtimal olunur.
Məsələ ilə bağlı federasiya rəsmilərinin yaxın günlərdə İspaniyaya səfər edəcəyi bildirilir. Onlar “Real Madrid”in qərarını gözləyir və mümkün razılaşmanı tezliklə yekunlaşdırmaq niyyətindədirlər.