Dünya Futbolu

Carlo Ancelotti işindən məmnun olduğunu bildirib

Bakı, 22 aprel, Tsport.az

“Real Madrid”in baş məşqçisi Carlo Ancelotti, gördüyü işdən məmnun olduğunu açıqlayıb.

Tsport.az xəbər verir ki, 65 yaşlı italiyalı mütəxəssis bu barədə Marca nəşrinə verdiyi müsahibəsində bildirib: “Gördüyüm işi sevirəm və mümkün qədər uzunmüddətli fəaliyyət göstərmək istəyirəm. Təbii ki, klubdan getsəm, hər kəsə təşəkkür edəcəyəm və ayrılacağam.”

Bununla belə, “Real Madrid” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Arsenal”-a məğlub olaraq mübarizəni dayandırıb. Klubun rəhbərliyi baş məşqçinin işindən narazıdır. Həmçinin, Ancelottinin Braziliya millisi ilə danışıqlar apardığı bildirilir.