Dünya Futbolu

Carlo Ancelotti rəsmi olaraq Braziliya millisində

Bakı, 12 may, Tsport.az

Braziliya milli futbol komandasının yeni baş məşqçisi bəlli olub — yığmanı dünya futbolunun tanınmış siması Carlo Ancelotti çalışdıracaq.

Tsport.az xəbər verir ki, Braziliya Futbol Federasiyası artıq təcrübəli italiyalı mütəxəssislə razılığa gəlib və bu barədə rəsmi açıqlama yayımlanıb. Ancelotti ilə ilkin mərhələdə bir illik müqavilə imzalanıb.

Uzun illər “AC Milan”, “Chelsea”, “Real Madrid”, “Bayern Munich” kimi klublarda uğurlu karyera quran Ancelottinin milli səviyyədə ilk ciddi sınağı olacaq.