Dünya Futbolu

Carlo Ancelotti “Real Madrid”lə vidalaşmağa hazırlaşır

Bakı, 7 may, Tsport.az

“Real Madrid” baş məşqçisi Carlo Ancelotti ilə yollarını ayırmağa yaxındır.

Tsport.az xəbər verir ki, italiyalı mütəxəssis İspaniya nəhəngi ilə olan münasibətinə bu mövsüm son qoyaraq Braziliya milli komandasının baş məşqçisi postuna keçəcək.

Anlaşmanın rəsmi təsdiqi yaxın günlərdə, böyük ehtimalla El Clásicodan dərhal sonra açıqlanacaq. Ancelotti daha əvvəl də Cənubi Amerika nəhəngi ilə danışıqlar aparırdı və görünür, bu dəfə tərəflər razılığa gəliblər.

Madrid klubunda onun yerinə düşünülən əsas namizəd isə möhtəşəm mövsüm keçirən “Bayer Leverkusen”in çalışdırıcısı Xabi Alonsodur. Keçmiş “Real Madrid” yarımmüdafiəçisi olan Alonso, hazırda Avropanın ən istedadlı gənc məşqçilərindən biri hesab olunur.