Casemiro “Manchester United”də qalmaq qərarı verdi
Bakı, 29 iyun , Tsport.az
“Manchester United“in braziliyalı yarımmüdafiəçisi Casemiro gələcək karyerası ilə bağlı qərarını verib. İngiltərə mətbuatının, xüsusilə də “The Mirror” nəşrinin yaydığı məlumata görə, 33 yaşlı futbolçu klubda qalmaq niyyətindədir.
Tsport.az xəbər verir ki, Casemironun bu qərarına əsas səbəblərdən biri may ayında yenidən Braziliya millisinin heyətinə çağırılması olub. O, 2026-cı il dünya çempionatında iştirak etmək arzusundadır və Premyer Liqada oynamanın bu hədəfə çatmaq baxımından ən əlverişli seçim olduğuna inanır.
Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi iyunun əvvəlində Braziliya yığmasının heyətində Ekvadorla (0:0) və Paraqvayla (1:0) keçirilən DÇ-2026-nın seçmə mərhələ oyunlarında iştirak edib. O, bundan əvvəl son dəfə millidə 2023-cü ilin oktyabrında meydana çıxmışdı.