Dünya Futbolu

”Celta” evdə qələbə qazandı

Bakı, 23 aprel, Tsport.az

İspan La Liqasında 33-cü həftəsində “Celta” evdə “Villarreal”ı qəbul edib.

Tsport.az xəbər verir ki, Balaidos Stadionunda baş tutan matç, ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Ev sahiblərindən 45-ci dəqiqədə F. López, 53-cü dəqiqədə Borja Iglesias, 87-ci dəqiqədə isə Iago Aspas hesablarına xal yazdırmağı bacarıb.

Qonaq komanda rəqib qapısına yol tapa bilməyib.

”Celta” hal hazırda 46 xalla 7-ci yerdə, “Villarreal” 52 xalla 5-ci yerdə qərarlaşıb.