Cem Bölükbaşı, Le Mans seriyasında “Nielsen Racing” ilə mübarizə aparacaq!
Bakı, 3 aprel, Tsport.az
Formula 2 və Super Formula seriyalarında keçmiş mövsümlərdə Türkiyəni təmsil edən yarış pilotu Cem Bölükbaşı, məşhur dözümlülük seriyalarından Le Mans Seriyası Avropa Çempionatında yeni komandası “Nielsen Racing” ilə çıxacaq.
Tsport.az xəbər verir ki, ümumilikdə 42 avtomobilin piste çıxdığı ELMS Barselona yarış, 6 aprel bazar günü saat 14:00-da başlayacaq və European Le Mans Series YouTube kanalından canlı yayımlanacaq. Cem Bölükbaşı, seriyadakı ən üst səviyyə avtomobil sinfi olan LMP2 (Le Mans Prototip 2) avtomobili ilə, LMP2 Pro/Am kateqoriyasında yarışır.
Le Mans Seriyası Avropa Çempionatında LMP2 və LMP2 Pro/Am, LMP3 və LMGT3 olmaqla üç fərqli avtomobil sinfi mövcuddur. 6 yarışlıq mövsümün sonunda LMP2 çempionu və ikincisi, LMP2 Pro/Am, LMP3 və LMGT3 çempionları məşhur Le Mans 24 Saat yarışına qatılmaq hüququ qazanacaq.
ELMS-də hər xalın böyük əhəmiyyəti var və yarışlarda yalnız ilk 10-luqda yer alan pilotlar xal toplaya bilir. Bu xallar isə müvafiq olaraq belədir: 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1. Bundan əlavə, sıralama turlarında pol pozisiyasını qazanan pilota da əlavə 1 xal verilir.
Fatimə Abdulrəhimli