DigərMüsahibə

“Çempion olmaq qismət olmadı”

Bakı, 4 oktyabr, Tsport.az

Bu sözləri Azərbaycanda təşkil olunan III MDB Oyunlarında ölkəmizi təmsil edən Rəşid Nəzərov deyib.

Tsport.az xəbər verir ki, sərbəst güləş üzrə gümüş medal qazanan təmsilçimiz fikirlərini bizimlə bölüşüb:

“Hazırlıq prosesi yaxşı keçmişdi, amma çempion olmaq qismət olmadı. İnşallah, gələn il Bakıda dünya çempionatı keçiriləcək və biz ona layiqincə hazırlaşacağıq.

Yarışda səhvlərim oldu. İnşallah, həmin səhvləri düzəldib qızıl medal uğrunda mübarizə aparacağam”.

Bahar Rüstəm