Voleybol

Çempion “VakıfBank”

Bakı, 22 aprel, Tsport.az

VakıfBank, Vodafone Sultanlar Liqası play-off final seriyasının üçüncü oyununda qonaq olduğu Fenerbahçe Medicana-nı 3-1 hesabı ilə məğlub edərək seriyada durumu 3-0 etdi və 2024-2025 mövsümündə çempion oldu.

Tsport.az xəbər verir ki , oyunun ilk seti VakıfBank-ın üstün oyunu ilə başladı. Sarı-qara formalılar hesabı 6-2-yə gətirdikdən sonra Fenerbahçe vaxt istədi. Vargasın servis turunda sarı-lacivərdlilər ardıcıl bloklarla hesabı bərabərləşdirdilər: 10-10. Van Ryk-ın smaçlarının təsirli olduğu hissədə 5 xallıq seriya ilə hesabı 15-10 edən VakıfBank rəqibinə ikinci dəfə vaxt istətdi. Davam edən hissədə üstünlüyünü qoruyan VakıfBank ilk seti 25-16 qazanaraq 1-0 önə keçdi.

İkinci setdə Van Ryk ilə hücumda təsirli olan VakıfBank, setin ortalarında Fedorovtsevanın smaçının kənara getməsindən sonra fərqi 10 xala qədər artırdı (8-18). Oyunun davamında yaxşı müdafiə edən və rəqibinə çox xal imkanı verməyən VakıfBank bu seti də 25-15 hesabı ilə qazanaraq ümumi durumu 2-0 etdi.

Üçüncü setin əvvəlində Aslı Kalaçın servisdə etdiyi səhvdən sonra VakıfBank 6 xallıq üstünlük əldə etdi (2-8). Sonrakı hissələrdə hücumda təsirini artıran Fenerbahçe Medicana Van Rykın smaçının auta getməsi ilə geridən gələrək 13-11 önə keçdi. Hücumdakı üstünlüyünü davam etdirən sarı-lacivərdlilər daha sonra Eda Erdemin bloku ilə fərqi 4-ə çıxardı (19-15). Qarşılaşmanın davamında Melissa Vargasın xalları ilə Fenerbahçe Medicana bu seti 25-19 qazandı.

Son setə güclü başlayan VakıfBank, Derya Cebecioğlunun bloku ilə fərqi 7 xala qədər artırdı (3-10). Sarı-qara formalılar oyunun qalan hissəsində Van Ryk və Derya Cebecioğlu ilə hücumda üstünlüyünü qoruyaraq seti 25-19 qazandı və qarşılaşmadan 3-1-lik ümumi hesabla qalib ayrıldı.