Dünya Futbolu

Çempionlar Liqası finalı üçün “Allianz Arena”nın adı dəyişdiriləcək

Bakı, 15 may, Tsport.az

UEFA Çempionlar Liqasının 2025-ci il finalı zamanı “Allianz Arena” stadionu fərqli adla təqdim olunacaq.

Tsport.az xəbər verir ki, mayın 31-də keçiriləcək final qarşılaşmasında Münhendə yerləşən arena rəsmi olaraq “Arena München” adı ilə tanıdılacaq.

Bu dəyişiklik UEFA-nın sponsor qaydaları ilə bağlıdır. Belə ki, UEFA turnirlərində yalnız təşkilatın rəsmi sponsorlarının brendləri və loqotipləri nümayiş etdirilə bilər. Allianz UEFA-nın sponsorlar siyahısında yer almadığı üçün onun adı və loqosu stadiondan müvəqqəti olaraq çıxarılacaq.

Qeyd edək ki, “Allianz Arena” adətən “Bayern München” klubunun ev oyunlarına ev sahibliyi edir və dünyanın ən tanınmış futbol arenalarından biridir.