Çempionlar Liqası: “Galatasaray” “Liverpool”u sınağa çəkəcək
Bakı, 30 sentyabr, Tsport.az
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində II tura start veriləcək.
Tsport.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutacaq. Onlardan ikisi Bakı vaxtı ilə saat 20:45-də, digərləri isə 23:00-da başlayacaq.
Günün diqqətçəkən görüşündə Türkiyə təmsilçisi “Galatasaray” İstanbulda İngiltərənin “Liverpool” klubunu qəbul edəcək.
Qeyd edək ki, II turun digər qarşılaşmaları oktyabrın 1-də keçiriləcək.