Dünya Futbolu

Çempionlar Liqasında dramatik qarşılaşma: “Barcelona” və “Inter” bərabərə qaldı

Bakı, 1 may, Tsport.az

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində daha bir ilk oyun keçirilib. Bu dəfə qarşılaşma İspaniyada, Estadi Olímpic Lluís Companys stadionunda baş tutub.

Tsport.az xəbər verir ki, “Barcelona” və “Inter” arasında oynanan matç gərgin mübarizə şəraitində keçib və 3:3 hesabı ilə başa çatıb.

Qollar:

  • Barcelona: Lamine Yamal (24), Ferran Torres (38), Raphinha (65)
  • Inter: Marcus Thuram (1), Denzel Dumfries (21, 63)

Yarımfinalın digər cütlüyündə isə “Arsenal” öz meydanında “Paris Saint-Germain”ə 0:1 hesabı ilə uduzub.