Çempionlar Liqasında yarımfinal cütləri bəlli oldu!
Bakı, 17 aprel, Tsport.az
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi başa çatdı və yarımfinal cütlükləri müəyyənləşdi.
Tsport.az xəbər verir ki ,”REAL MADRİD “– “ARSENAL”DUELİNDƏ LONDON TƏMSİLÇİSİ GÜLDÜ
İngiltərədəki ilk oyunu 3:0 hesabı ilə qazanan “Arsenal”, Madridin “Santiago Bernabeu” stadionunda “Real Madrid”i də çətin anlara saldı. İlk yarısı qolsuz bərabərliklə başa çatan oyunda İspaniya təmsilçisi cəmi bircə dəfə də olsun qapıya dəqiq zərbə endirə bilmədi.
65-ci dəqiqədə Bukayo Saka ilə önə keçən “topçular”, 67-ci dəqiqədə Vinicius Juniorun qolu ilə hesabın bərabərləşməsinə mane ola bilmədi. Lakin 90+3-cü dəqiqədə Martinellinin vurduğu qol matçın taleyini həll etdi. Görüş 2:1 “Arsenal”ın xeyrinə başa çatdı və ümumi hesabda 5:1-lik üstünlüklə londonlular yarımfinala yüksəldi.
“INTER “– “BAYERN”MAÇINDA QOL ŞOU
İlk oyunda 2:1 qalib gələn İtaliya təmsilçisi “Inter”, doğma meydanda “Bayern Münhen” ilə 2:2 bərabərə qaldı. “Inter”in qollarını Lautaro Martinez və Benjamin Pavard, Bayern-in qollarını isə Harry Kane və Eric Dier vurdu.
İki oyunun nəticəsində 4:3-lük üstünlük əldə edən “Inter” də yarımfinal biletini qazandı.
YARI FINAL CÜTLÜKLƏRİ:
“Barcelona”-“Inter”
“Arsenal”-“PSG”
Aytac Mustafayeva