-->
Dünya Futbolu

“Chelsea” 50 milyon avroya futbolçu transfer edir

Bakı, 14 mart, Tsport.az

İngiltərənin Chelsea (Çelsi) klubu, Portuqaliyanın “Sporting” klubunun yarımmüdafiəçisi Covani Kendanı transfer edəcək.

Tsport.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri xəbər yayıb.

Transfer “zadəganlar”-a 50 milyon avroya başa gələcək. 17 yaşlı futbolçu London təmsilçisinin heyətinə 2026-cı ildə qoşulacaq və 7 illik müqavilə imzalayacaq.

C.Kenda cari mövsümdə 43 oyunda 2 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.