“Chelsea” bu futbolçu ilə razılaşa bilmir
Bakı, 3 iyun, Tsport.az
“Chelsea” komandası icarə əsasında heyətdə olan Jadon Sanchonu daimi transfer etməyəcək.
Tsport.az xəbər verir ki, London klubu futbolçunun əsas sahibi olan “Manchester United”la razılığa gəlməsinə baxmayaraq, Sancho ilə fərdi müqavilə şərtlərində anlaşa bilməyib.
2024/25 mövsümündə Sancho “Chelsea” üçün Premyer Liqada 31 oyunda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.