Azərbaycan Futbolu

“Chelsea” Federiko Valverdeni transfer etmək istəyir

Bakı, 5 oktyabr, Tsport.az

İngiltərənin Chelsea klubu Real Madridin uruqvaylı yarımmüdafiəçisi Federico Valverdeni heyətinə qatmaq niyyətindədir.

Tsport.az xəbər verir ki, London təmsilçisi bu transfer üçün Madrid klubuna 130 milyon avro təklif etməyə hazırdır.

26 yaşlı futbolçunun Real Madridlə müqaviləsi 2029-cu ilin iyun ayına qədər qüvvədədir. Valverde bu mövsüm göstərdiyi sabit oyunla Avropanın bir çox nəhəng klublarının diqqətini cəlb edib.