“Chelsea” heyətini gücləndirib
Bakı, 20 mart, Tsport.az
İngiltərənin Chelsea (Çelsi) klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.
Tsport.az xəbər verir ki, məşhur futbol insayderi Fabrizio Romano sosial şəbəkə hesabında bu barədə məlumat verib.
London təmsilçisi, Portuqaliyanın “Sporting” klubunun yarımmüdafiəçisi Geovani Kenda və İspaniyanın “Las Palmas” klubunda icarə əsasında çıxış edən müdafiəçi Dario Esuga ilə razılaşıb.
Hər iki transfer “Chelsea”yə ümumilikdə 74 milyon avroya başa gəlib. Bu transferlər klubun gələcək hədəflərinə yönəlmiş mühüm addımlar olaraq qiymətləndirilir.