“Chelsea”, Kenan Yıldız üçün 100 milyon avro ödəməyə hazırdır
Bakı, 29 aprel, Tsport.az
Chelsea (Çelsi), “Juventus”un türkiyəli hücumçusu Kenan Yıldızın transferi üçün hərəkətə keçib.
Tsport.az xəbər verir ki, London klubu 19 yaşlı futbolçunu heyətinə qatmaq üçün 100 milyon avro ödəməyə hazırdır. Yıldızın “Juventus” ilə olan mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Gənc hücumçu bu mövsüm 33 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.