“Chelsea” Nicolás Pazı transfer etmək istəyir
Bakı, 29 sentyabr, Tsport.az
İngiltərə klubu “Chelsea” A Seriyası təmsilçisi “Como”nun 21 yaşlı yarımmüdafiəçisi Nicolás Paz üçün hərəkətə keçib.
Tsport.az xəbər verir ki, argentinalı oyunçu “Real Madrid” akademiyasının yetirməsidir və yayda Madrid klubu geri alma hüququndan istifadə edə bilər. “Chelsea” isə bu addımın qarşısını almağa çalışır.
Paz 2024-cü ilin avqustundan “Como”da çıxış edir və onun müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. “Chelsea” hazırda “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.