Dünya Futbolu

“Chelsea” “Qarabağ”la oyuna ciddi itki ilə çıxacaq

Bakı, 17 oktyabr, Tsport.az

“Chelsea” UEFA Çempionlar Liqasının IV turunda “Qarabağ”la qarşılaşmada ciddi itki ilə üzləşəcək.

Tsport.az xəbər verir ki, komandanın baş məşqçisi Enzo Maresca yarımmüdafiəçi Cole Palmerin uzun müddət oynamayacağını açıqlayıb.

Maresca bildirib ki, ingilis futbolçu qasıq nahiyəsindəki zədə səbəbindən daha altı həftə meydanlardan kənarda qalacaq.

Bu isə o deməkdir ki, Palmer Ağdam təmsilçisinə qarşı keçiriləcək görüşdə iştirak etməyəcək.

“Qarabağ” – “Chelsea” oyunu noyabrın 5-də, saat 21:45-də baş tutacaq.