Dünya Futbolu

“Chelsea” və “Newcastle” onun izində

Bakı, 21 aprel, Tsport.az

“Bayern München”in müdafiəçisi Kim Min-jae yaxın aylarda klubdan ayrılaraq karyerasını İngiltərədə davam etdirə bilər.

Tsport.az xəbər verir ki, Cənubi koreyalı futbolçuya “Chelsea” və “Newcastle United” klublarından maraq olduğu bildirilir.

28 yaşlı mərkəz müdafiəçisi bu mövsüm “Bayern” formasını 42 oyunda geyinib və bu müddətdə 3 dəfə rəqib qapılarını dəqiq nişan alıb. Oyun sayı və performansı ilə diqqət çəkən Kim, Premyer Liqa klublarının transfer siyahısında ön sıralarda yer alır.

Təcrübəli futbolçunun “München” təmsilçisi ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Buna baxmayaraq, yay transfer pəncərəsində onunla bağlı ciddi danışıqların aparılacağı gözlənilir.