“Chelsea” yayda kütləvi futbolçu satışı ilə maliyyə islahatına hazırlaşır
Bakı, 23 aprel, Tsport.az
İngiltərənin “Chelsea” klubu 2024/25 mövsümünə ciddi dəyişikliklərlə başlamağı planlaşdırır.
Tsport.az xəbər verir ki, London təmsilçisi yay transfer pəncərəsində 23 futbolçunu satmağı və bu satışlardan ən azı 500 milyon avro gəlir əldə etməyi qarşıya məqsəd qoyub. Klub rəhbərliyi bu yolla maliyyə feyr-pley qaydalarına uyğunluğu təmin etməyi və komandanın iqtisadi sabitliyini qorumağı hədəfləyir.
Satılacaq futbolçular sırasında Christopher Nkunku, Wesley Fofana, Noni Madueke, João Félix, Mykhailo Mudryk, Ben Chilwell, Marc Guiu, Reece James, Axel Disasi və Kepa Arrizabalaga kimi adlar yer alır.
Qeyd edək ki, “The Blues” son illərdə yüksək məbləğli transferlərə imza atsa da, komandanın nəticələri gözlənilən səviyyədə olmayıb. Bu səbəbdən, klubda genişmiqyaslı struktur və heyət dəyişikliyi gözlənilir.