“Chelsea”də mövsümün ən yaxşı futbolçusu açıqlanıb
Bakı, 6 may, Tsport.az
“Chelsea” klubunda 2024/25 mövsümünün ən yaxşı futbolçusu adına layiq görülən oyunçu müəyyənləşib.
Tsport.az xəbər verir ki, bu fəxri ada 23 yaşlı yarımmüdafiəçi Moises Caicedo layiq görülüb.
Ekvadorlu futbolçu bu mövsüm London klubunun heyətində 41 matçda iştirak edib, 1 dəfə rəqib qapısına yol tapıb və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Komanda daxilində keçirilən səsvermədə Caicedo komanda yoldaşlarının səsini toplayaraq birinci yeri tutub.
Bu mükafat onun “Chelsea“-də getdikcə artan nüfuzunun və vacib oyunçuya çevrildiyinin bariz göstəricisidir.