“Chelsea”dən 40 milyonluq təklif
Bakı, 13 may, Tsport.az
“Barcelona”nın gənc yarımmüdafiəçisi Fermín López karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Tsport.az xəbr verir ki, “Manchester United” və “Chelsea” 21 yaşlı ispaniyalı futbolçunun xidmətində maraqlıdır. London təmsilçisi onu heyətinə qatmaq üçün 40 milyon avro ödəməyə hazırdır.
Fermín López cari mövsümdə La Liga çərçivəsində “Barcelona” formasında 25 oyuna çıxıb, 4 qol vurub və 4 assistlə yadda qalıb. Klubun akademiyasından yetişən oyunçu, bu mövsüm əsas heyətdə sabit çıxışları ilə diqqət çəkib.
Transferlə bağlı danışıqların mövsümün sonunda intensivləşəcəyi gözlənilir.