Dünya Futbolu

“Chelsea”dan yeni transfer

Bakı, 3 iyun, Tsport.az

İngiltərənin aparıcı klublarından olan “Chelsea”, heyətini yeni futbolçu ilə gücləndirib. London təmsilçisi Dário Essugonun transferini rəsmiləşdirib.

Tsport.az xəbər verir ki, 19 yaşlı müdafiəçi ilə 8 illik uzunmüddətli müqavilə imzalanıb. Essugo, Portuqaliyanın tanınmış klubu “Sporting”-ə məxsus idi.

Məlumata görə, “Transfermarkt” platforması gənc futbolçunun bazar dəyərini 15 milyon avro olaraq qiymətləndirir. Bu transfer Chelsea-nin gənc oyunçulara yönəlik strategiyasının növbəti addımı kimi qiymətləndirilir.