Dünya Futbolu

“Chelsea”nin kapitanı yenidən zədələndi

Bakı, 6 oktyabr, Tsport.az

“Chelsea”nin kapitanı Reece James növbəti dəfə zədə problemi ilə üzləşib.

Tsport.az xəbər verir ki, futbolçu “Liverpool” ilə oyunda aldığı zədəyə görə İngiltərə millisinin toplanışını vaxtından əvvəl tərk edib.

İngiltərə Futbol Federasiyasının rəsmi açıqlamasına əsasən, James zədəni “Chelsea”nin heyətində çıxış edərkən alıb və milli komandanın həkimləri ilə məsləhətləşmədən sonra oktyabr oyunlarını buraxacağı qərara alınıb.

Qeyd edək ki, 24 yaşlı cinah müdafiəçisi ötən mövsüm dizaltı vətər əməliyyatı səbəbindən 40-dan çox oyunu buraxmışdı.