Christian Horner “Red Bull ” rəhbərliyindən uzaqlaşdırıldı
Bakı, 9 iyul, Tsport.az
Formula 1-də çıxış edən “Red Bull “komandasının rəhbəri Christian Horner vəzifəsindən kənarlaşdırılıb.
Tsport.az xəbər verir ki, məlumat Avstriya komandasının rəsmi press-relizi ilə təsdiqlənib.
Komandanın rəhbər postuna Laurent Mekies təyin olunub.
Hazırda Red Bull Konstruktorlar Çempionatında 172 xal toplayaraq dördüncü pillədə qərarlaşıb. Turnir cədvəlinin lideri isə 460 xalla McLaren komandasıdır.
Qeyd edək ki, builki Azərbaycan Qran-prisi 19–21 sentyabr tarixlərində keçiriləcək və paytaxt Bakı bir daha Formula 1-ə ev sahibliyi edəcək.