Christopher Nkunku yayda “Arsenal”a transfer ola bilər
Bakı, 28 aprel, Tsport.az
“Chelsea”nin hücumçusu Christopher Nkunku yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Tsport.az xəbər verir ki, “Arsenal” 27 yaşlı fransız futbolçunu transfer etmək variantını ciddi şəkildə qiymətləndirir. “Arsenal” rəhbərliyi, Mikel Artetanın oyun üslubuna uyğunlaşacağına inanaraq, Nkunkunu komandaya qatmaq istəyir.
Nkunku 2023-cü ilin yayında “Leipzig”dən “Chelsea”yə transfer olub. Cari mövsümdə bütün turnirlərdə 42 matçda iştirak edib, 14 qol vurub və 5 məhsuldar ötürmə verib. Transfermarkt onun bazar dəyərini 45 milyon avro olaraq qiymətləndirir.