Çimərlik futbolu üzrə Super Liqada növbəti günün oyunları start götürüb
Bakı, 12 iyul, Tsport.az
AFFA-nın və Çimərlik Futbolu Federasiyasının birgə təşkilatçılığı ilə çimərlik futbolu üzrə Azərbaycan Super Liqasında növbəti günün oyunları start götürüb.
Tsport.az xəbər verir ki, günün ilk qarşılaşması “Yasamal”- “Marafon” komandaları arasında baş tutub.
Qarşılaşma “Marafon” komandasının 6:4 hesablı qələbəsi ilə başa çatıb.
Günün ikinci matçında “VTB”- “Dirçəliş” komandaları qarşılaşacaqlar. Matç saat 18:00-da start götürəcək.
Günə “Çinar Zəngilan”- “Rekord Club” komandalarının görüşü ilə yekun vurulacaq. Qarşılaşma saat 19:00-da başlayacaq.
Qeyd edək ki, turnir iyulun 15-dək “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunacaq.