Çimərlik voleybolu yarışı qalibləri müəyyənləşdi
Bakı, 1 sentyabr , Tsport.az
Sentyabrın 1-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında çimərlik voleybolu yarışı keçirilib.
Tsport.az xəbər verir ki, Kişilər arasında Fövqəladə Hallar Nazirliyi (FHN) birinci yeri tutub. SOCAR ikinci, Azərbaycan Dəmir Yolları isə üçüncü yerdə qərarlaşıblar. Qadınların mübarizəsində isə FHN yarışın qalibi olub. SOCAR ikinci, TƏBİB isə üçüncü yerə layiq görülüblər.