Dünya Futbolu

Ciro Immobile, “Beşiktaş”da suskunluğunu pozdu

Bakı, 13 mart, Tsport.az

Beşiktaş-ın mövsümün əvvəlində heyətinə qatdığı Ciro Immobile, 6 matçlıq qolsuzluğunu Gaziantep Futbol Klubu ilə oyunda sonlandırıb.

Tsport.az xəbər verir ki, 29-cu dəqiqədə qazandığı penalti ilə topu qapıya göndərən Immobile, komandası üçün 1-0 önə keçən qolu vurub. İtalyan hücumçu sonuncu qolunu mövsümün ilk yarısının son matçında Bodrum Futbol Klubu ilə oynadığı oyunda atmışdı.

Bu mövsüm Gaziantep Futbol Klubu qarşısında 11-ci qolunu vuran 35 yaşlı hücumçu, bu qolların 6-sını penalti ilə qeyd edib.

Digər tərəfdən, Beşiktaş-da texniki direktor Ole Gunnar Solskjaer-in rəhbərliyində ən çox şans verilən futbolçulardan biri Alex-Oxlade Chamberlain olub.Sezonun ilk yarısında Giovanni van Bronckhorst tərəfindən şans verilməyən İngilis futbolçusu, Norveçli məşqçinin rəhbərliyi altında 11-də yer alaraq, ligada 6, kubokda isə 1 matç olmaqla ümumilikdə 7 oyunda iştirak edib.