-->
Dünya Futbolu

Claudio Ranieri postunu tərk edir

Bakı, 19 mart, Tsport.az

“Roma”nın baş məşqçisi Claudio Ranieri, karyerasını bu mövsümün sonunda bitirmə qərarına gəldiyini açıqlayıb.

Tsport.az xəbər verir ki, təcrübəli mütəxəssis özünün verdiyi bəyanatda artıq bu qərarını qətiləşdirdiyini bildirib.

Ranieri, “Roma”nın rəhbərliyi altında A Seriyasının son 6 oyununda qalib gəlməyə müvəffəq olub. Hazırda komanda 49 xalla turnir cədvəlində 7-ci sırada yer alır.