Cody Gakpo “Bayern Munich” yolunda
Bakı, 27 may, Tsport.az
“Liverpool”-un hücumçusu Cody Gakpo, yay transfer dönəmində “Bayern Munich”-ə keçə bilər.
Tsport.az xəbər verir ki, Almaniya nəhəngi 26 yaşlı futbolçunu heyətinə qatmaqda qərarlıdır.
Münhen təmsilçisi artıq Gakpo üçün planlarını hazırlayıb və tərəflər arasında yayda rəsmi danışıqlara başlanması gözlənilir. Futbolçunun özü də Bundesliqa təmsilçisində oynamağa qarşı olmadığını bildirib.
“Liverpool” rəhbərliyi isə uyğun təklif daxil olduğu halda Gakponun transferinə yaşıl işıq yandırmağa hazırdır.
Hollandiya millisinin üzvü olan Cody Gakpo, Premyer Liqanın son mövsümündə 35 oyunda iştirak edib, 10 qol və 4 assist ilə yadda qalıb. Onun oyun stili və çevikliyi Bayern-in yeni hücum planlarına uyğun gəlir.