Con Duran “Fenerbahçe”də
Bakı, 1 iyul , Tsport.az
“Fenerbahçe” heyətinə yeni hücumçu cəlb edir.
Tsport.az xəbər verir ki, İstanbul klubu Kolumbiya millisinin üzvü Con Duranla razılıq əldə edib.
21 yaşlı futbolçu artıq İstanbula gəlib. Onu hava limanında klub rəsmiləri və azarkeşlər qarşılayıblar.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna məxsus olan Duran tibbi müayinədən sonra “Fənərbaxça” ilə icarə müqaviləsi imzalayacaq.
Qeyd edək ki, o, bu ilin yanvarında “Aston Villa”dan “Əl-Nəsr”ə 77 milyon avroya keçmişdi.
🔗 Daha ətraflı məlumat: tsport.az