Azərbaycan FutboluMüsahibə

“Çox xoşbəxt oldum” – Zamiq Əliyev

Bakı, 14 mart, Tsport.az

Dünən Azərbayan Milli Komandasının baş məşqçisi Fernando Santos mətbuat konfransında millimizin heyətini açıqlayıb. Heyətdə 3-ü qapıçı olmaqla, 25 futbolçu çağırılıb.

Tsporazt.az xəbər verir ki, heyətdə yer alan Albaniyanın “Egnatia” klubunda çıxış edən Zamiq Əliyev fikirlərini bölüşüb.

Adımı milli komandanın heyətində görəndə çox xoşbəxt oldum. Milli komanda üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm”

23 yaşlı müdafiəçi yoldaşlıq görüşündə qarşılaşacaqları Haiti və Belarus millisi haqqında “Haiti çox yaxşı futbol oynayan ölkədir. Komanda yoldaşımda Haitinin şərəfini qoruyur. Ondan az-çox məlumat almışam. Heyətlərində yaxşı klublarda çıxış edən oyunçuların olduğunu bilirəm. Əks hücumda çox sürətli çıxış edirlər. Maraqlı oyun olacağını düşünürəm. Belarus millisi haqqında o qədər də məlumatım yoxdur. Bəzi oyunlarını izləmişəm. Keyfiyyətli komanda olduqlarını bilirəm”.

Bakıya səfəri haqqında isə “Yorğunluq yaradacağını düşünmürəm. Millinin ən rahat və qısa şəkildə gəlməyimi təşkil edəcəklərini düşüürəm”

Bahar Rüstəm