Cristian Romero “Atlético Madrid”in transfer hədəfindədir
Bakı, 28 aprel, Tsport.az
“Tottenham”ın müdafiəçisi Cristian Romero karyerasını La Ligada davam etdirə bilər.
Tsport.az xəbər verir ki, 27 yaşlı argentinalı futbolçu ilə Atlético Madrid ciddi şəkildə maraqlanır. Madrid təmsilçisi Romeronu yay transfer dönəmində heyətinə qatmaq istədiyi əsas müdafiəçilərdən biri kimi qiymətləndirir.
Cari mövsümdə Romero 23 matçda forma geyinib, bir qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt onun bazar dəyərini 55 milyon avro olaraq göstərir.