Dünya Futbolu

Cristiano Ronaldo “Al-Nassr” ilə yollarını ayırdı

Bakı, 29 may, Tsport.az

Futbol dünyasının əfsanəsi Cristiano Ronaldo, “Al-Nassr” klubundan rəsmi olaraq ayrılıb.

Tsport.az xəbər verir ki, portuqaliyalı ulduz futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləni uzatmamaq qərarına gəlib.

Rəsmi açıqlamanın bu gün ərzində yayımlanacağı gözlənilir. Ronaldo, hələlik növbəti karyera ünvanı ilə bağlı dəqiq qərar verməyib. Lakin onun yetirməsi olduğu “Sporting CP” klubuna geri dönəcəyi barədə güclü ehtimallar var.

Cristiano Ronaldo, “Al-Nassr” forması ilə keçirdiyi müddət ərzində liqaya həm idman baxımından, həm də marketinq dəyəri ilə böyük töhfə verib. Lakin görünür, 39 yaşlı futbolçu karyerasının son illərində Avropaya qayıtmaq niyyətindədir.