Dünya Futbolu

Cristiano Ronaldo futbol tarixini yazmağa və dünya rekordunu yeniləməyə davam edir. 

Bakı, 5 aprel, Tsport.az

Tsport.az xəbər verir ki, Cristiano Ronaldo futbol tarixini yazmağa davam edir. “Al-Hilal” komandasına qarşı keçirilən oyunda 40 yaşlı portuqaliyalı iki qol vurdu və komandasına 3:1 hesabı ilə parlaq bir səfər qələbəsi qazandırdı. Bu qollar Ronaldo üçün Səudiyyə Ərəbistanı çempionatında “Al-Nassr” komandasının heyətində cari mövsümdə vurduğu 20-ci və 21-ci qollar oldu. BBC Sport-un məlumatına görə, bu, ona karyerasında 15-ci dəfə yerli liqalarda mövsümdə 20 qol səddini keçmək imkanı verdi – bu, ən titul sahibi hücumçular üçün belə unikal bir nailiyyətdir.

Aytac Mustafayeva