Dünya Futbolu

Cristiano Ronaldo futboldan getmir

Bakı, 20 may, Tsport.az

“Al-Nassr”in hücumçusu Cristiano Ronaldo yaxın vaxtlarda karyerasını bitirmək niyyətində deyil.

Tsport.az xəbər verir ki, 39 yaşlı portuqaliyalı ulduz ən azı daha iki mövsüm yüksək səviyyədə çıxış etməyi planlaşdırır. Hazırda Səudiyyə Ərəbistanı təmsilçisi ilə 2025-ci ilin yayına qədər müqaviləsi olan Ronaldo, bir neçə fərqli klubdan transfer təklifi alıb. Onun gələcəyi ilə bağlı qərarı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, Ronaldonun adı son vaxtlar yenidən Portuqaliya klubları ilə də hallanır. Mövsüm ərzində yüksək formada çıxış edən veteran forvard hələ də komandasının əsas aparıcı oyunçularındandır.