Cristiano Ronaldo kubok kolleksiyasına yenilərini əlavə etdi
Bakı, 17 iyul , Tsport.az
Cristiano Ronaldo bir daha sübut etdi ki, yaş sadəcə bir rəqəmdir. “Al-Nassr”forması ilə keçirdiyi rekordlarla dolu mövsümün ardından, Səudiyyə Pro Liqasının mövsüm sonu mükafatlandırma mərasimində böyük mükafatlara layiq görüldü.
40 yaşlı portuqaliyalı əfsanə, 2025–26 mövsümünün “Azarkeşlərin Seçimi” mükafatını qazandı. Bu titul, mövsüm ərzində ən çox “oyunun adamı” seçilən futbolçuya verilir.
Nə baş verdi?
Tarix kitablarını yenidən yazmağa davam edən Ronaldo, liqada çıxdığı 30 oyunun 15-də “oyunun adamı” seçilərək bu göstəricidə mövsümün zirvəsində qərarlaşdı. Bu performansı ona “Mövsümün Futbolçusu” mükafatını qazandırdı.
Eyni zamanda 2025–26 Səudiyyə Pro Liqası mövsümündə vurduğu 25 qolla qol kralı oldu. Kritik anlarda səhnəyə çıxmaq bacarığı onu Riyad mərkəzli klub üçün əsl bir simvola çevirdi. Ronaldo, Orta Şərqdə ilk liqa çempionluğunu qazanmaq məqsədilə yoluna davam edir.
Ronaldo, azarkeşlərin ən sevdiyi oyunçu seçilməklə yanaşı, “İlin Qolu” mükafatını da qazandı.
Səsvermədə ümumi səslərin 19 faizini alan bu möhtəşəm qol 27-ci turda “Al Riyadh” qarşısında vuruldu. Ronaldonun uzaq küncə “füze” kimi göndərdiyi vole, “Al-Nassr”ın matçı 2–1 qazanmasında həlledici rol oynadı.
Bəs Ronaldo üçün növbəti mərhələ nədir?
Aylarla davam edən söz-söhbətlərdən sonra Ronaldo “Al-Nassr”ilə müqaviləsini daha iki il uzadaraq bütün suallara nöqtə qoydu.
Yeni müqavilə onu 42 yaşına qədər Səudiyyə Ərəbistanında saxlayacaq.
Dünyanın ən yüksək maaş alan idmançısı olan Ronaldonun bu müqavilədən iki il ərzində ümumilikdə 492 milyon funt sterlinq (668 milyon dollar) qazanacağı bildirilir.
Qeyd edək ki,formasını, fiziki gücünü və əzmini qoruyan ulduz futbolçunun 1000 qol səddini aşması artıq heç kimi təəccübləndirməyəcək kimi görünür.
Aytac Mustafayeva