Dünya Futbolu

Cristiano Ronaldo Lamin Yamalı təriflədi

Bakı, 7 iyun , Tsport.az 

Portuqaliya millisinin kapitanı Cristiano Ronaldo, “Barcelona“nın gənc ulduzu Lamine Yamal haqqında fikirlərini bölüşüb.

Tsport.az xəbər verir ki, Millətlər Liqasının finalında İspaniyaya qarşı matçdan öncə keçirilən mətbuat konfransında, Ronaldo Yamalın böyük istedada sahib olduğunu vurğulayıb və ona təzyiq göstərilməməsinin vacibliyini qeyd edib.

“O, istedadından gözəl istifadə edir. Qoyun uşaq böyüsün, ona təzyiq etməyin. Yamal növbəti illərdə ‘Qızıl Top’ üçün mübarizə aparmağa davam edəcək və bu mükafatı qazanmaq potensialına sahibdir”, – deyə Ronaldo bildirib.

Qeyd edək ki, Portuqaliya – İspaniya matçı sabah Bakı vaxtı ilə 23:00-da başlayacaq və bu qarşılaşma Millətlər Liqasının qalibini müəyyən edəcək.