Dünya Futbolu

Cristiano Ronaldo qərarını verdi

Bakı, 9 iyun , Tsport.az 

Portuqaliyalı ulduz futbolçu Cristiano Ronaldo, gələcəyi ilə bağlı yayılan şayiələrə son qoydu. 40 yaşlı hücumçu, UEFA Millətlər Liqası finalındakı qələbədən sonra verdiyi müsahibədə “Al-Nassr” ilə yeni müqavilə imzalayacağını açıqladı.

Tsport.az xəbər verir ki, son 2.5 il ərzində “Al-Nassr” formasını geyinən Ronaldo, müqaviləsinin başa çatması ilə bir çox klubla adı hallanmışdı. FIFA Klublar Dünya Kubokuna qatılacaq bir komandaya transfer olacağı iddialarını isə təkzib etdi.

Ronaldo, “Al-Nassr” ilə keçirdiyi 105 matçda 93 qol və 19 asist statistikası ilə diqqət çəkib. Lakin hələ ki, Səudiyyə Ərəbistanı klubunda kubok sevinci yaşaya bilməyib.