Dünya Futbolu

Cristiano Ronaldo Səudiyyədə tarix yazdı

Bakı, 17 iyul, Tsport.az

Portuqaliya futbolunun əfsanəsi Cristiano Ronaldo, 2024/25 mövsümündə Səudiyyə Ərəbistanı Pro Liqasında öz adını bir daha zirvəyə yazdırdı.

Tsport.az xəbər verir ki, “Al-Nassr” klubunun 40 yaşlı hücumçusu mövsümün ən yaxşı futbolçusu adına layiq görüldü.

Mövsüm statistikası

  • 30 oyun
  • 25 qol
  • 15 dəfə “matçın ən yaxşısı”
  • Turnirin bombardiri

Bundan əlavə, Ronaldo 27-ci turda “Al-Riyadh”a qarşı cərimə zərbəsindən vurduğu qolla “mövsümün ən yaxşı qolu” mükafatına da sahib çıxıb. Bu uğurlarla o, 2024/25 mövsümündə üç fərdi mükafat qazandı.