Dünya Futbolu

Cristiano Ronaldo yenə zirvədə

Bakı, 16 may, Tsport.az

Forbes jurnalı 2024-cü ilin dünyanın ən çox qazanan idmançılarını açıqlayıb.

Tsport.az xəbər verir ki, bu il də zirvəni heç kimə buraxmayan Cristiano Ronaldo, ardıcıl olaraq üçüncü dəfə və karyerasında beşinci dəfə ən çox qazanan idmançı olub.

Ronaldo’nun 2024-cü il üzrə ümumi qazancı təxminən 275 milyon dollar təşkil edir.

İkinci yerdə isə Stephen Curry yer alır. Golden State Warriors komandasının ulduzu, NBA tarixində 4 min üçlük həddini aşan ilk oyunçu olaraq illik qazancını 156 milyon dollar səviyyəsinə yüksəldib.

Üçüncü sırada isə Tyson Fury yer alır. 2023-cü ildə kəmərini itirməsinə baxmayaraq, dizayner və turizm müqavilələri ilə 146 milyon dollar qazanan Fury, siyahıda diqqət çəkib.

Dördüncü sırada isə Dak Prescott, Dallas Cowboys’un oyun qurucusu, 137 milyon dollar ilə yer alır.

Digər yerlərdə isə Lionel Messi (135 milyon dolar), eBron James (133 milyon dolar),Juan Soto (114 milyon dolar), Karim Benzema (104 milyon dolar), Shohei Ohtani (102.5 milyon dolar), Kevin Durant (101,4 milyon dolar) qərarlaşıb.