Cristiano Ronaldo yeni mövsümdə bəzi oyunları buraxacaq
Bakı, 15 iyul, Tsport.az
“Al-Nassr” klubunun və Portuqaliya millisinin ulduz hücumçusu Cristiano Ronaldo qarşıdan gələn mövsümdə bəzi matçlarda iştirak etməyəcək.
Tsport.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Falah Al-Qahtani sosial media üzərindən paylaşım edib.
Məlumata görə, 39 yaşlı futbolçu komandanın yeni baş məşqçisi Jorge Jesus ilə oyun yükünün azaldılması barədə razılığa gəlib. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, Ronaldo daha az önəm daşıyan görüşlərdə istirahət edəcək və beləliklə zədə riskini minimuma endirəcək.
Forvardın ümumilikdə mövsüm ərzində təxminən 25% oyunu buraxması planlaşdırılır. Bu qərar əsasən Ronaldonun 2026 FIFA Dünya Kubokuna tam formada hazırlaşmaq istəyi ilə bağlıdır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Pro Liqasında 2025/26 mövsümünə start avqustun 21-də veriləcək.